31 dekabrda bu ərazilərə qar yağacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti olacaq.
Naxçıvan MR ərazisində dekabrın 31-i axşamdan yanvarın 1-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, yanvarın 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin dekabrın 31-i axşamdan yanvarın 1-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4 dərəcə isti, dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta, gündüz 4-7 dərəcəyədək isti olacaq.
Qazax-Gəncə bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 0-4, gündüz 6-11 dərəcə isti olacaq.
Balakən-Şəki bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq.
Quba-Xaçmaz bölgəsində 31 dekabr-2 yanvar tarixlərində bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur. Havanın temperaturu 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq.
Dağlıq Şirvan bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.
Mərkəzi Aran bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin dekabrın 31-i gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.
Lənkəran-Astara bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur. Havanın temperaturu gecə 2-6, gündüz 7-11, dağlarda gecə 1-3, gündüz 3-6 dərəcə isti olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var
-
Bred Pittin yeni sevgilisi - (Foto)
-
Sabah Culfada işıq olmayacaq
-
Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı - (Video)
-
Zelenski seçkilərə getmək üçün şərtini açıqladı
-
“Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa
-
Qışda ilanların gizləndiyi yerlər müəyyən edildi
-
“Lvbel C5” Azərbaycanlı reper Əlizadə ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
-
Sumqayıtda avtomobil avtobusla toqquşdu - Yaralılar var
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Biləsuvarda zəncirvari qəza oldu - Ölən və yaralananlar var
-
Meteohəssas insanların diqqətinə
-
Əməkdar jurnalist vəfat etdi
-
Stiven Siqal dördüncü dəfə boşandı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
-
Vladimir Baranov vəfat etdi
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)
-
Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu
-
Goranboyda həkim dərmandan zəhərləndi
-
Konqoda Ebola təhlükəsi böyüyür: 8728 yoluxma, 4205 ölüm
-
Türkiyədə ağır qəza: 11 ölü, 27 yaralı





