Hava

Azərbaycana qar yağdı

13 Sentyabr 2024 10:41
Baxış: 1 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağıb.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 45 mm, Qrızda 7 mm, Zaqatala, Gədəbəy, Tovuz, Daşkəsən, Şəmkir, Balakən, Qax, Qusar, Şahdağ, Xınalıq, Tərtər, Astarada 3 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 16 m/s-dək güclənib.

Sumqayıt, Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 37, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

  

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.