Hava

Külək güclənəcək, qar yağacaq - XƏBƏRDARLIQ

3 Yanvar 2024 18:47
Baxış: 2 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda və Abşeron yarımadasında yanvarın 4-5-i gündüz saatlarında cənub-qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s, 6-da gecə və səhər isə şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 5-i əsasən qərb rayonlarında, 6-da isə gecə və səhər əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Yanvarın 4-ü axşam, 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, bəzi yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.