Hava

Sabah Bakıda 28° isti olacaq

28 Sentyabr 2023 12:31
Baxış: 1 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sentyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.