Hava

İsmayıllı - Lahıc yolu bağlandı

6 İyun 2023 22:55
Baxış: 2 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb. Sel səbəbindən avtomobil yolunun hərəkət hissəsi lil qatı və daşlarla örtülüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sel suları qəsəbəyə və ətraf kəndlərə gedən qaz xətlərini zədələyib, elektrik dirəklərini aşırıb. Hazırda Lahıca elektrik enerjisi və qazın verilişi dayandırılıb.

Eyni zamanda, sel suları Yuxarı Zərnava kəndində gedən yolu da keçilməz edib. Paralel olaraq rayon ərazisindən keçən Girdiman çayının suyunda da artım müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.