Hava

Şimal bölgəsi: Xızıda 31 santimetr qar, Qubada 16 dərəcə şaxta - VİDEO

11 Yanvar 2023 20:31
Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 10-u axşam saatlarından başlayaraq bütün şimal rayonlarına qar yağıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Xızı rayonunun Altıağac qəsəbəsində qarın hündürlüyü 31 santimetrə çatır. Bölgədə ən aşağı temperatur (-16 dərəcə) Qubanın Qrız kəndində qeydə alınıb.

Qubanın rayon mərkəzində qarın hündürlüyü 19 santimetr, Xaltanda 25, Təngəaltıda 25, Qrızda isə 1 santimetr olub. Qusarın Ləzə kəndinə 9, Xaçmaza 18, Şabrana 12 santimetr qar yağıb.

Bölgədə qarlı hava şəraitinin yanvarın 12-dək davam edəcəyi proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.