Yolayrıcını düzgün keçməyən avtomobillər toqquşublar
Milli.Az avtosfer.az-a istinadən Bakıda daha bir ağır yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəzanın başvermə səbəbi yolayrıcının düzgün keçilməməsidir.
Qəzanın bir neçə kamera vasitəsilə çəkilən görüntülərinə diqqətlə baxdıqda məlum olur ki, "Jeep" markalı avtomobil öz yolu ilə düzünə hərəkətdə olarkən soldan hərəkət edən avtomobil onu tən ortadan vurur. Nəticədə "Jeep" ağır zərbənin təsirindən aşır və asfaltda yuvarlanaraq təxminən 100 metr məsafədə arxası üstə sürünür. Ətrafdakı insanlar avtomobildə olanlara köməklik göstərirlər.
Qəzanın başvermə səbəbinə diqqət etdikdə məlum olur ki, burada "Jeep"in sürücüsünün günahı yoxdur. Çünki kadrlardan görünür ki, "Jeep" svetoforun yaşıl işığında hərəkət edir. Onu vuran avtomobil isə svetoforun qadağanedici işarəsi verilərkən hərəkət edir. Çünki kadrlardan göründüyü kimi, qəzadan sonra "Jeep"in gəldiyi istiqamətdə olan avtomobillər hərəkət edir, onu vuran maşının olduğu yoldakı nəqliyyat vasitələri ilə dayanır. Deməli, həmin istiqamətdə svetoforun qadağanedici işarəsi verilibmiş. Hər halda, yol hərəkəti qaydalarından anlayışı olan normal sürücü bu cür primitiv hərəkətlə belə ağır qəzaya səbəb olmazdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Rəqsanədən əri və oğlu ilə bağlı paylaşım – VİDEO
- "Gecələr o qədər ağlayırdım ki..." - VİDEO
- Toylara gedən Xalq artistlərinin canlı ifası “sıfırdır” - VİDEO
- Naqillərlə oyun məktəblilər üçün faciə ilə nəticələndi: Dəhşətli anlar - VİDEO
- Ərdoğan: Ermənistana xaricdən qəzəl oxuyanlar... - VİDEO
- Tunar Rəhman xanımı Ülviyyə ilə - VİDEO
XƏBƏR LENTİ
- Mənası pis olan hədiyyələr: İnsanların ağlına gəlməz
- Günün qoroskopu: Detalları sonra fikirləşərsiniz
- Bu qidaları südlə birlikdə yemək olmaz
- İrəvanda zəlzələ oldu
- Simonyan ələ saldı: Hanı “artsax bayraqları”?
- İran "iPhone"u tam qadağan etdi
- Çingizdən anası ilə bağlı paylaşım - FOTO
- Nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir?
- Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gəlib
- Paytaxtın bu ərazilərində qaz olmayacaq
- Hindistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
- Bakı və Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib
- Günə bu qida ilə başlayın - İnanılmaz faydaları var
- "Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq
- Rumıniyada "HIMARS" sistemləri üçün xidmət mərkəzi açılıb
- Blinken Çexiya hökumətinin üzvləri ilə Ukraynaya yardımı müzakirə edib
- Asiyanın ən varlı adamı arvadına 77 milyonluq ev hədiyyə etdi - FOTO
- Daha 23 nəfərin bank kartından pul oğurlandı
- İsrail Misir vasitəsilə bizə bu mesajı göndərdi - İran
- “Real”ın ÇL-in finalı üçün iştirak ərizəsi - SİYAHI
- "iPhone 16"da bu yenilik olacaq - FOTO
- Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb
- Ermənistan bizə elə bir məqamda xəyanət edir ki… - Zatulin
- Almaniya Ukraynaya 500 milyonluq hərbi yardım göndərir