Türkiyə

Qadını hamının gözü qarşısında zorla maşına mindirib qaçırdılar - VİDEO

10 Sentyabr 2021 14:32
0 Şərh     Baxış: 2 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhərində kişi boşanmaq ərəfəsində olduğu həyat yoldaşını qayınatasının yaşadığı evin qarşısından qaçırıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Şilan Topal adlı qadın həyat yoldaşı Mithat Topal və 3 nəfər şəxsiyyəti hələ tam məlum olmayan şəxs tərəfindən qaçırılıb.

Belə ki, qadın həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edibmiş. Proses araşdırma ərəfəsində olarkən kişi dəfələrlə həyat yoldaşı ilə barışmaq istəyib. Lakin qadın barışmayıb.

Hadisə baş verən gün Mithat Topal və 3 nəfər taksi ilə qayınatasının evinin həyətinə gəlib. Həyat yoldaşının küçəyə çıxmasını gözləyiblər. Qadın küçəyə çıxarkən ona hücum ediblər.

Şilan Topalı ailə üzvlərinin gözü qarşısında zorla taksiyə mindiriblər və ərazidən uzaqlaşıblar. Ətrafda olan şəxslər nə qədər çalışsa da, qadının qaçırılmasına mane ola bilməyiblər.

Hadisə ilə bağlı polisə müraciət olunub. Mithat Topal və ona yardım edən digər şəxslərin axtarışına başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.