Türkiyə

Türkiyə ilə Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı sənədi imzalanıb

8 İyul 2026 20:45
Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə ilə Böyük Britaniya arasında Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı Sənədi imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənəd NATO-nun Ankara Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında keçirilən görüş zamanı imzalanıb.

Bildirilib ki, tərəfdaşlıq sənədi dəyişən Avro-Atlantik təhlükəsizlik mühiti fonunda NATO-nun iki aparıcı müttəfiqi kimi Türkiyə və Böyük Britaniyanın əməkdaşlığı daha da gücləndirmək və institusionallaşdırmaq iradəsini əks etdirir.

Qeyd olunub ki, sənəd tərəflərə çəkindirmə və müdafiə, hərbi əməkdaşlıq, müdafiə sənayesi və texnologiyaları, kibertəhlükəsizlik, hibrid təhdidlər, terrorizmlə mübarizə, dayanıqlılıq, mülki hazırlıq və kosmik sahə daxil olmaqla təhlükəsizlik və müdafiə siyasətinin siyasi-hərbi istiqamətləri üzrə məsləhətləşmələri dərinləşdirmək və yeni mexanizmlər vasitəsilə əməkdaşlığı genişləndirmək imkanı yaradacaq.

"Türkiyə və Böyük Britaniya Avro-Atlantik təhlükəsizliyinə əvəzolunmaz töhfələr verir, müdafiə xərclərini artırır, NATO-nun ehtiyac duyduğu imkanların gücləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirir və bu sənəd hər iki ölkənin bir-birinin müdafiəsinə, eləcə də Şimali Atlantika Müqaviləsinə sadiqliyini bir daha təsdiqləyir", - deyə vurğulanıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.