Türkiyə

Türkiyədə güclü yağışdan sonra çay daşdı: ölənlər var

8 Aprel 2026 20:55
Baxış: 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Osmaniyənin Kadirli rayonunda təsirli olan leysan yağışlar faciəyə səbəb olub. Savrun çayı və Bülbül dərəsinin daşması nəticəsində rayon mərkəzində ciddi dağıntılar baş verib, sel sularına qapılan bir avtomobildəki iki vətəndaş həyatını itirib.

Milli.Az xəbər verir ki, şiddətli yağış gündəlik həyatı iflic edib. Su səviyyəsinin qəfil yüksəlməsi nəticəsində mikroavtobus dayanacağının dispetçer məntəqəsi sulara qərq olaraq dağılıb.

Piyadalar üçün nəzərdə tutulmuş körpü selin gücünə dözməyərək uçub.

Savrun çayının daşması nəticəsində çox sayda küçə və prospekt su altında qalıb, nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Sel sularına qərq olan avtomobil tapılsa da, içindəki şəxsləri xilas etmək mümkün olmayıb. 

Bölgəyə qonşu şəhərlərdən çox sayda dəstək qrupu cəlb edilib. Hazırda bələdiyyə və AFAD qrupları tərəfindən binalarda qalan vətəndaşların təxliyəsi, su sularının çəkilməsi üçün drenaj işləri və dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam etdirilir.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.