Türkiyə

Təyyarə qəzasında şəhid olan hərbçilərə VİDA - VİDEO - FOTO

14 Noyabr 2025 11:39
Baxış: 536
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəyə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsində həlak olan 20 hərbçi ilə vida mərasimi keçirilir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada şəhidlərlə vida mərasimi təşkil edilib.

Mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, dövlət nümayəndələri, Türkiyə ordusunun komandanlığı iştirak edirlər. Tədbirə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müavini Cevdet Yılmaz, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, müdafiə naziri Yaşar Güler, eləcə də dövlət rəsmiləri, siyasətçilər, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı və şəhid ailələri qatılıb.

Mərasimdən sonra qəzada həlak olan 19 hərbçinin cənazəsi dəfn olunmaları üçün öz məmləkətlərinə yola salınacaq. Yalnız şəhid pilot Gökhan Qorxmazın dəfn mərasimi sabah İstanbulda keçiriləcək.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.