Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiya heyətini qəbul edib.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Görüşdə DEM Partiyasının nümayəndə heyətindən Sırrı Sürəyya Öndər və Pərvin Buldan iştirak edir.
Bildirilib ki, bu, Ərdoğanla partiya rəsmiləri arasında keçirilən ilk görüşdür.
Qeyd edək ki, DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.
Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə tərksilah çağırışı yer alıb.
Milli.Az