Türkiyə

Ailəsi tərəfindən öldürülən 8 yaşlı Narinin son arzusu - Qardaşından nə istəyib? - FOTO

7 Mart 2025 19:17
Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən səkkizyaşlı Narin Güranın böyük qardaşı Baran Güran qızcığazın son arzusundan danışıb.

Milli.Az  "Türkiyə mətbuatına istinadla istinadən xəbərinə görə, Baran Güran bu barədə "Instagram" hesabında paylaşım edib.

"Son gün, qurban olduğum Narinim, abi, sənə bir şey deyəcəyəm söylədin. "Abi, mənə soyuq qəhvə al", - dedin. Mən də sənə alaram dedim. Gözəl bacım, sənə qurban olaram. Narinim, sənin üçün çox darıxmışam. Kəlmələr yetərsiz qalır, qurban olduğum. Səndən ötrü çox darıxmışam, Narinim", - deyə o, paylaşımında yazıb.

Xatırladaq ki, Diyarbəkirin Tavşantəpə kəndindəki Quran kursuna getdikdən sonra yoxa çıxan Narin Güranın cəsədi Egertutmaz dərəsində çuvalın içində tapılıb.

Hadisə ilə bağlı 23 nəfər şübhəli şəxs qismində saxlanılıb, onlardan 12-si həbs edilib. Həbs edilənlər arasında Narinin anası Yüksel, böyük qardaşı Enes, əmisi Salim Güran və qonşusu Nevzat Bahtiyar da olub.

Məhkəmənin qərarı ilə ana Yüksel, böyük qardaş Enes və əmi Salim Güran "İştirak halında uşağı qəsdən öldürmək" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər. Nevzat Bahtiyara isə "Cinayət dəlillərini məhv etmək, gizlətmək və ya dəyişdirmək" ittihamı ilə 4 il 6 ay həbs cəzası verilib.

Qətldə əsas şübhəlilərdən biri hesab edilən əmisi arvadı Hediye Güran və əmisinin işçisi isə sərbəst buraxılıblar.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.