Türkiyə

Türkiyədə eyni ailədən 4 nəfər güllələndi - Qatil oğul çıxdı - FOTO

31 Yanvar 2025 10:33
Baxış: 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

EyüpSultanın Akşemsettin məhəlləsində dəhşətli qətl hadisəsi baş verib.  Eyni ailədən dörd nəfər silahla güllələnərək qətlə yetirilib.

Milil.Az türk mediasına istinadla xəbər verir ki, məlumata görə, B.Y. adlı şübhəli ailə üzvləri anası Aysun Yenigün (32), atası Mehmet Yenigün (43), bacısı Zilan Yenigün (12) və nənəsi Fatma İncəni (71) evdə silahla vuraraq qətlə yetirib. Daha sonra hadisə yerindən uzaqlaşaraq izini itirməyə çalışb.

Hadisə axşam saat 22:45 radələrində Derin küçəsindəki dubleks binanın üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə gələn həkim qrupları dörd nəfərin həyatını itirdiyini bildirib. Polis araşdırmalara başlayıb.

Araşdırmalarda B.Y.-nin Bursaya qaçdığı məlum olub və o, orada polis tərəfindən saxlanılıb. İstanbul polis idarəsinə gətirilən B.Y.-nin ilk ifadəsində cinayəti tərəfindən törədildiyini etiraf etdiyi bildirilib.

İstintaq davam edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.