Türkiyə

Tragikomik hadisə: Balaca uşaq qazanın içində ilişib qaldı - FOTOlar

31 Avqust 2024 16:47
Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Batman vilayətində tragikomik hadisə yaşanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, 2 yaşlı Eslem Eren adlı balaca uşaq evinin mətbəxində oynadığı zaman "fitçalan qazan"ın içinə girib və orada ilişib qalaraq çıxa bilməyib.

Uşağın ağlamasını eşidən anası mətbəxə gəlib və onu özü xilas etmək istəyib, lakin buna nail ola bilməyib.

Bu zaman Türkiyənin "112" Təcili Zəng Mərkəzindən kömək istəyib. Evə gələn xilasetmə qrupları hidravlik kəsici alət və kəlbətin vasitəsilə uşağı ilişdiyi yerdən çıxarıblar.

Eslemin səhhətinin yaxşı olduğu bildirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.