Türkiyə

İstanbulda metrobus qəzaya düşdü: ölən və yaralananlar var - YENİLƏNİB

29 Avqust 2024 16:05
Baxış: 2 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:05

İstanbulda baş verən metrobus qəzası zamanı 53 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən bu şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müalicəsi davam edən sərnişinlərdən daha ikisinin vəziyyəti ağırdır. Hadisə ilə əlaqədar hər iki nəqliyyat vasitəsinin sürücüsü və iki nəzarətçi saxlanılıb. İstintaq davam edir.

Xatırladaq ki, bu gün səhər saatlarında İstanbulun iki qitəsini birləşdirən yüksəksürətli sərnişin nəqliyyat vasitələrindən olan metrobus xəttində qəza baş verib. Hadisə şəhərin Avropa qitəsində yerləşən Küçükçekmece rayonu ərazisində qeydə alınıb.

-----------
11:46


Türkiyənin İstanbul şəhərinin iki qitəsini birləşdirən yüksəksürətli sərnişin nəqliyyat vasitələrindən olan metrobus xəttində qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı on sərnişin müxtəlif bədən xəsarətləri alıb.

Məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.

Qəza şəhərin Avropa qitəsində yerləşən Küçükçekmece rayonu ərazisində qeydə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.