Türkiyə

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi - VİDEO

27 Aprel 2024 14:16
Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə insanların gözü qarşısında dəhşətli cinayət həyata keçirilib. Belə ki, kafedə oturan 38 yaşlı Yavuz Çaphan və 29 yaşlı Hacı Saleh onlara yaxınlaşan bir nəfər tərəfindən güllələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qorxunc hadisə Konyada baş verib.

Cinayətkar daha sonra hadisə yerindən qaçıb.

Yaralılar dərhal xəstəxanaya qaldırılsalar da, Y.Çaphanın həyatını xilas etmək mümkün olmayıb

Hüquq-mühafizə orqanları əməkdaşları apardıqları araşdırma zamanı şübhəlinin 44 yaşlı H.P. olduğunu müəyyən ediblər. O, anasına məxsus evdə ələ keçib.

Şübhəli cinayət zamanı istifadə etdiyi silahı polisə təhvil verib.

H.P. cinayətin motivi kimi həyat yoldaşından Yavuz Çaphana görə ayrılmasını göstərib. O, cinayəti buna görə törətdiyini etiraf edib.

Hadisə ilə bağlı istintaq davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.