Türkiyə

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - VİDEO

27 Aprel 2024 17:00
Baxış: 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb.

Belə ki, məktəblilər ölkə seqmentində gündəm olan çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polatın saxlanılma səhnəsini canlandırıblar. Sözügedən mahnının fonunda rəqs edən məktəbli qızı 2 polis kostyumunda olan sinif yoldaşları tutaraq aparıb. 

Görüntülər sosial media izləyicilərini qəzəbləndirib. Belə bir konseptin məktəbdə təşkil olunmasına razılıq verən direktor və bunu səhnələşdirən müəllimlər qınanılıb. Onlar məktəbin idarəetmə heyətinin buna necə icazə verdiyini sual ediblər. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.