Türkiyə

Adnan Oktar həbsxanada da rahat durmadı - Qadın vəkillərlə... - FOTO

29 Fevral 2024 14:14
Baxış: 5 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8 min 658 il müddətinə azadlıqdan məhrum edilən Adnan Oktarın həbsxanada çoxlu gənc qadın vəkillə görüşdüyü iddialarından sonra barəsində tədbir görülüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Oktar Ərzurum Dumlu Qapalı Həbsxanasından Van Başkale Qapalı Həbsxanasına köçürülüb.

Türkiyə Ədliyyə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Məlumata görə, 8 min 658 il həbs cəzası alan Adnan Oktar fəaliyyətini həbsxanada davam etdirərək vəkillər vasitəsilə təşkilat yaşatmağa çalışıb.

Bu səbəbdən A.Oktarın həbs müddətinin 43 il 6 ay müddətinə uzadılması tələb edilib.

Onun həbsxanada olduğu son 15 gün ərzində 200-ə yaxın vəkillə hüquqi yardım adı altında görüşlər keçirdiyi bildirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.