Türkiyə

Türkiyə Mərkəzi Bankının yeni rəhbəri KİMDİR? - DOSYE - FOTO

3 Fevral 2024 16:47
Baxış: 1 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fatih Karahan Türkiyə Respublikası Mərkəzi Bankının prezidenti təyin edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qərar Prezidentin hökumətin rəsmi qəzeti olan "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının rəhbəri Hafize Qaye Erkan dünən istefa verib.

Bəs Mərkəzi Bankının yeni rəhbəri Fatih Karahan kimdir?

Fatih Karahan 1982-ci ildə Əskişəhərdə anadan olub. 2006-cı ildə Boğaziçi Universitetinin Riyaziyyat və Sənaye Mühəndisliyi fakültəsini bitirib. 2012-ci ildə Pensilvaniya Universitetində İqtisadiyyat üzrə magistr və doktorantura pilləsini bitirib. Karyerasına 2012-ci ildə Nyu-York Federal Ehtiyat Bankında iqtisadçı kimi başlayan Karahan 2022-ci ilə qədər sözügedən qurumda Əmək və Məhsul Bazarı Araşdırmaları rəhbəri və pul siyasəti müşaviri vəzifələrində çalışıb. Kolumbiya Universitetində və Nyu-York Universitetində yarımştat müəllim kimi də çalışan Karahan 2022-ci ilin noyabrında "Amazon" şirkətində baş iqtisadçı vəzifəsinə təyin edilib. Karahan 28 iyul 2023-cü ildə Türkiyə Respublikası Mərkəzi Bankının sədr müavini vəzifəsinə təyin edilib. 3 fevral 2024-cü il tarixli qərarına əsasən, Mərkəzi Bankın rəhbəri təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.