Türkiyə

Parlamentdə huşunu itirən türkiyəli deputatdan xəbər var

13 Dekabr 2023 14:02
Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı huşunu itirən deputat Hasan Bitmezin son vəziyyəti açıqlanıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, türkiyəli deputatın vəziyyəti hazırda kritikdir və müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 

Məlumata görə, Hasan Bitmez ürəklə yanaşı, şəkər xəstəliyindən də əziyyət çəkir.

Bununla yanaşı, deputat dünən huşunu itirərkən başı mərmər pilləkənə dəyib. 

Xatırladaq ki, H.Bitmez dünən huşunu itirdikdən sonra ona hadisə yerində uzun müddət ürək masajı edilib və daha sonra xəstəxanaya çatdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.