Türkiyə

“Heç bir güc Türkiyə Cümhuriyyətinin xoşbəxt olmasına mane ola bilməz”

29 Oktyabr 2023 21:18
Baxış: 2 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Heç bir imperialist güc Türkiyə Cümhuriyyətinin xoşbəxt, uğurlu və qalib olmasına mane ola bilməz".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə bağlı xalqa müraciətində deyib.

Ölkə başçısı bildirib ki, Türkiyə hər zaman Qəzza xalqının yanında olacaq:

"Harada məzlum, qurban, göz yaşı tökən varsa onun köməyinə gələn, əlindən tutub ayağa qaldıran, dərdinə şərik olan Türkiyədir. Biz bu münasibəti əvvəllər Koreyada, Kiprdə, İraqda, Suriyada, Liviyada, Yəməndə və nəhayət Qarabağda göstərmişik. Qazinin (Mustafa Kamal Atatürk - red. ) "heç kəs toxuna bilməz" dediyi Fələstin və Qəzza üçün də bu gün eyni mövqeyi nümayiş etdiririk. Dünən keçirdiyimiz "Böyük Fələstin" mitinqi də bunun bir parçası idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.