Türkiyə

Türkiyənin Rusiyaya milyard dollarlıq qaz borcu var?

14 Oktyabr 2023 21:10
Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"BOTAŞ" dövlət neft-qaz şirkəti sosial şəbəkələrdə Türkiyənin Rusiyaya 27,5 milyard dollarlıq qaz borcu olması və onun restrukturizasiyası ətrafında danışıqlar aparması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə şirkətin "X" hesabında yayılan açıqlamada deyilir.

Bildirilir ki, son günlər bəzi KİV-lərdə və sosial şəbəkələrdə Türkiyənin Rusiyaya qaz borcunun 27,5 milyard dollara çatması və bu borcun restrukturizasiyası üçün danışıqların getdiyi ilə bağlı əsassız iddialar irəli sürülüb.

"İctimaiyyət şirkətə milli və beynəlxalq arenada ziyan vurmaq, eləcə də onun brend kimi dəyərini azaltmaq üçün qəsdən yayılan bu cür xəbərlərə və ittihamlara etibar inanmamalıdır", - açıqlamada vurğulanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.