Türkiyə

Türkiyə-Ermənistan sərhədindəki körpü bərpa ediləcək

29 Sentyabr 2023 16:54
Baxış: 1 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə-Ermənistan sərhədində yerləşən İpək Yolu körpüsü təmir olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə mediası yazıb.

Türkiyə Avtomobil Yolları Baş İdarəsi yalnız sütunları qalan tarixi İpək Yolu körpüsünün təmiri üçün layihə tenderi elan edib. Tenderdən sonra körpünün bərpa işlərinə ən qısa zamanda başlanılacağı bildirilib.

Keçmiş nəqliyyat, dənizçilik və kommunikasiya naziri, Qarsdan olan millət vəkili Əhməd Arslan qeyd edib ki, Ani xarabalıqları (Ani şəhəri - Qədim Bizansa bağlı olan Bagrati krallığının paytaxtı - red.) üçün çox əhəmiyyətli və dəyərlidir:

"Çünki bu ərazi sultan Alp Arslanın 1064-cü ildə Anadoluya ayaq basdığı ilk ​​yerdir. Onun mühüm xüsusiyyətlərindən biri də İpək Yolu üzərində olmasıdır. Tezliklə işə başlanacaq körpü bizim üçün çox dəyərlidir, mədəniyyət və turizm nazirimiz, bir sıra nazirlər, nazirliklər bu layihənin reallaşması üçün səy göstərirlər. İnşallah, tarixi körpü bərpa olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.