Türkiyə

Türkiyə bu qurumda ilk müşaviri Azərbaycana təyin etdi

6 Sentyabr 2023 14:29
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə xarici ölkələrdə ilk müdafiə sənayesi müşaviri təyinatını Azərbaycana edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu vəzifə İlker Türközə tapşırılıb.

Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi İdarəsinin 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb. Həmin ölkələr arasında isə ilk təyinat Azərbaycana edilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşündə müdafiə sənayesi müşaviri İlker Türköz müşayiət edib. Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib və məsləhətləşmələr aparılıb.

Müşavir İlkər Türköz, həmçinin, "ASELSAN Bakı" şirkətinin baş direktoru Özgür Kürüm ilə də görüşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.