Türkiyə

Mehmet Şimşək bu gün beynəlxalq investorlarla görüşəcək

4 Avqust 2023 10:09
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşək beynəlxalq investorlarla görüşəcək.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşək bu gün beynəlxalq investorlarla görüşəcək.

Mərkəzi Bankın sədri Hafizə Qaye Erkanın da qatılacağı Türkiyə İqtisadi Forumunda qlobal şirkətlərin nümayəndələri ilə təkbətək görüşlər keçiriləcək.

İstanbulda keçiriləcək forum 50 investorun iştirakı ilə JP Morgan tərəfindən təşkil olunub.

Mehmet Şimşək Forumda beynəlxalq investorlara Türkiyə iqtisadiyyatı ilə bağlı təqdimat edəcək.

Təqdimatın ardınca investor qrupları ilə ayrı-ayrılıqda bir araya gələcək Şimşək, BlackRock, JP Morgan, Sinqapur Sərvət Fondu və Franklin Templeton investisiya şirkətlərinin nümayəndələri ilə təkbətək görüşlər keçirəcək.

Digər tərəfdən, sözügedən təşkilat çərçivəsində Mərkəzi Bankın sədri Hafize Gaye Erkan da təqdimatla çıxış edəcək.

Forum və görüşlər mətbuata qapalı keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.