Türkiyə

Türkiyədə prezidentliyə namizəd canlı yayımda Azərbaycan mahnısı oxudu - VİDEO

3 May 2023 11:41
Baxış: 2 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə prezidentliyə namizəd Sinan Oğan aktyor və model Barış Murat Yağcının "Youtube" kanalının qonağı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, proqrama Türkiyə futbol millisinin geyimində qatılan siyasətçi aparıcının ondan mahnı oxumasını istəməsindən sonra "Ayrılıq" mahnısını ifa edib.

Qeyd edək ki, İğdirdə anadan olan Oğan azərbaycanəsillidir. O, Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası və Türkiyə İttifaq Partiyasından ibarət Ata İttifaqının prezidentliyə namizədidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.