Türkiyə

Ən əhəmiyyətli göllərdən biri buz bağladı - VİDEO - FOTO

10 Yanvar 2023 16:50
Baxış: 1 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə Afyonkarahisar şəhərinin Bolvadin rayonunda havanın temperaturu sıfır dərəcədən aşağı düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə bölgədə yerləşən və ən əhəmiyyətli göllərdən sayılan Eber gölü buz bağlayıb.

Temperaturun mənfi 4 dərəcəyə çatdığı bölgədə donmuş göl maraqlı mənzərələr yaradıb. Qayıqlar gölün kənarında hərəkətsiz qalıb. Buz bağlayan hissələr isə gözəl görüntülər əmələ gətirib.

Lakin gölün donması problemlərə də səbəb olub. Belə ki, buna ən çox üzülənlər qamış yığaraq dolanışığını təmin edən vətəndaşlar olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.