Türkiyə

Ukraynada Stiv Cobs küçəsi peyda oldu

28 Dekabr 2022 17:22
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İzyumda (Ukraynanın Xarkov vilayəti) adları Rusiya və SSRİ ilə bağlı olan 19 küçənin adı dəyişdirilib.

Belə ki, Vladimir Vısotski küçəsi bundan sonra Stiv Cobs küçəsi adlandırılacaq. Bunu İzyum merinin müavini Vladimir Matsokin özünün "Facebook" səhifəsində yazıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla yanaşı adları dəyişdirilən küçələrə Kiyev "Dinamo"sunun futbolçusu və məşqçisi Valeri Lobanovski, İsrailin keçmiş baş naziri Qolda Meirin adları verilib.

Xatıraladaq ki, hələ yay aylarında Kiyev hakimiyyəti Ukrayna paytaxtında adları Rusiya ilə bağlı olan 95 küçə, xiyaban və meydanın adının dəyişdirilməsini təsdiqləyib. O zaman ümumilikdə 296 obyekt səsverməyə çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.