İdman

Çempionlar Liqası sensasiya ilə başlayıb

14 Sentyabr 2021 22:47
0 Şərh     Baxış: 1 150

UEFA Çempionlar Liqasında qrup mərhələsi 2 oyunla start götürüb.

Milli.Az "Report"a istinadən bildirir ki, İspaniyada "Sevilya" Avstriya "Zaltsburq"u ilə heç-heçə edib.

İsveçrədə "Yanq Boyz" və İngiltərə "Mançester Yunayted"i arasındakı görüşdə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. 35-ci dəqiqədə Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.