"Barselona" futbolçusu Serji Roberto ilə müqaviləni yeniləyib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayına qədərdir.
İspaniyalı futbolçunun maaşla bağlı kluba güzəştə getdiyi bildirilib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Serji Roberto əsas komandada 2009-cu ildə debüt edib.
Milli.Az