İdman

Azərbaycanın UEFA reytinqində xalı artdı

30 İyul 2021 13:32
Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avrokubokların 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın İsraildə"Aşdod"u 1:0 hesabı ilə məğlub etməsi ölkəmizin aktivinə daha 0,250 xal qazandırıb. Bununla da bu mövsüm Azərbaycanın qazancı 1.000-ə çatıb. Ölkəmiz 13,625 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

Sloveniya (14,125) 28-ci sıraya düşüb. Qazaxıstan (14,250) bir pillə irəliləyərək 27-ci olub. Polşa isə 13,500 xalla 30-cu yerdədir.

Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.