İdman

Sablyaçımız 1/8 finalda dayandı - Tokio-2020

26 İyul 2021 10:10
Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.

Milli.Ax apasport.az-a istinadən xəbər evrir ki, bu, qılıncoynatma yarışlarındakı yeganə təmsilçimiz Anna Baştadır.

Xanım sablyaçımız Olimpiadada cəmi iki qarşılaşma keçirə bilib. O, mübarizəni 1/8 finalda dayandırıb.

1/16 finaldan yarışa başlayan Annanın ilk rəqibi ABŞ qılıncoynadanı Anne-Elizabet Stoun olub. Başta 15:8 hesabı ilə qalib gəlib.

O, 1/8 finalda rusiyalı Olqa Nikitina ilə qarşılaşıb. 13:15 hesabı ilə uduzan təmsilçimiz mübarizəni dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.