İdman

"İnter" Vidalla bağlı qərarını verdi

24 İyul 2021 19:28
0 Şərh     Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnter"in futbolçusu Arturo Vidal bu yay klubu tərk edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi 34 yaşlı yarımmüdafiəçinin müqaviləsini vaxtından əvvəl ləğv etmək qərarına gəlib. "İnter" maaş üçün ödənişləri azaltmaq üçün çilili oyunçu ilə müqavilənin mümkün ləğvini müzakirə edir.

Vidalla "Boka Xuniors" (Argentina), "Flamenqo" (Braziliya) və "Amerika"nın (Meksika) maraqlandığı bildirilir. Ancaq futbolçunun özünün karyerasını Avropada davam etdirmək istədiyi vurğulanıb.

Qeyd edək ki, Vidal ötən mövsüm 30 oyunda meydana çıxıb, 2 qol vurub, 1 qolun ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.