İdman

“Beşiktaş”dan yeni mövsümün ilk transferi

4 İyul 2021 22:51
0 Şərh     Baxış: 1 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə çempionu "Beşiktaş" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. Milli.Az matc.az-a istinadən bildirir ki, İstanbul klubu geridə qalan mövsümü "Alanyaspor"da keçirmiş Salih Uçanı transfer edib. 

Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları isə açıqlanmır. Alanya təmsilçisi ilə müqaviləsinin müddəti bitən futbolçu yeni klubuna azad agent kimi qoşulub.
 
Salih Uçan peşəkar karyerasına "Bucaspor"da başlayıb. Daha sonra o, "Fənərbaxça", "Roma", "Sion" və "Empoli"də oynayıb. Yarımmüdafiəçi 2019-cu ilin yayından etibarən "Alanyaspor"da forma geyinirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 40 oyunda 3 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.