İdman

35 min avrodan imtina edən futbolçu Azərbaycandan təklif aldı

31 May 2021 14:16
Baxış: 1 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sportinq"in futbolçusu Vitorino Antuneş karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat verib.

Bildirilib ki, 34 yaşlı sol cinah müdafiəçisi Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycandan təklif alıb. Portuqaliya millisinin sabiq üzvü hətta bu yaxınlarda Bolqarıstan təmsilçisi "Lüdoqorets"in ayda 35 min avroluq maaş təklifini rədd edib. 

Vitorino Sportinq klubunu tərk etməyin əleyhinə deyil və gələn təkliflərlə bağlı araşdırmalar aparır. Ancaq istədiyi şərtlər olmasa, növbəti mövsümü də "Sportinq"də keçirəcək.

Qeyd edək ki, Vitorino Antuneşin "Sportinq"lə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.