İdman

“Qalatasaray” “Beşiktaş”ın qapıçısını “oğurladı”

28 Aprel 2010 18:47
Baxış: 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, "Beşiktaş"la müqaviləsi mayın sonlarında bitəcək qapıçıya bonservis ödənməyəcək. "Fənərbağça" ilə prinsipial qarşılaşmada səhvi üzündən qol buraxdıqdan sonra əsas heyətdə yer ala bilməyən qapıçı Leo Frankoya əvəz axtaran "Qalatasaray" rəhbərliyi bu dəfə xaricə üz tutmayıb və Türkiyə klubları arasında araşdırma aparıb. Nəhayət, mayın sonunda sərbəst qalacaq Hakan Arıkanla danışıqlar aparılıb və qəti razılıq əldə edilib.

"Qalatasaray"ın Hakanla danışıqlara bir ay əvvəl başladığı bildirilir. Bundan xəbər tutan "Beşiktaş" rəhbərliyi qapıçıya yeni müqavilə təklif edib. Lakin Hakan Arıkan klubunun təklifini rədd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.