İdman

“Arsenal” 18 yaşlı futbolçuya elçi düşdü

13 Fevral 2021 15:18
Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Arsenal" klubu Tyaqu Tomaşı transfer etmək niyyətindədir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, London təmsilçisi Portuqaliya "Sportinq"inin 18 yaşlı hücumçusunun böyük perspektiv vəd etməsi qənaətindədir.

Lissabonlularla 5 illik müqaviləsi olan forvardın qiyməti də çox bahadır. Onun müqaviləsində getməsi üçün 59 milyon avro tələb olunur.

Lakin koronavirus pandemiyası üzündən maliyyə çətinlikləri olan paytaxt klubu güzəştə də getməyə hazırdır. Bu da London təmsilçisi üçün qənaətbəxş endirim olacaq.

Qeyd edək ki, Tyaqu cari mövsümün 18 matçında 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.