Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İdmançı karyeraları ərzində göstərdikləri nəticələrə görə bədii gimnastikanın 4 nümayəndəsi - Siyana Vasileva, Aliyə Paşayeva, Anastasiya Prasolova, Səbinə Abbasova "Fəxri İdman ustası" adına layiq görulublər.
Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, Siyana Vasileva və Aliyə Paşayeva Avropa Çempionatlarının qrup hərəkətləri komandası tərkibində gümüş (Bakı / Azərbaycan / 2014) və bürünc (Qvadalaxara / İspaniya / 2018) mükafatçıları olub. Aliyə Paşayeva həmçinin 2019-cu ildə Bakıda keçirilən Dünya Çempionatında çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazanan qrup hərəkətləri komandasının tərkibinə daxil olub.
Gənclər arasında Avropa Çempionatının gümüş mükafatçısı olmuş Səbinə Abbasova (Hacıyeva), 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında artıq böyüklər proqramında (3 top və 2 lent) gümüş medalını təsdiqləyib.
Anastasiya Prasolova Azərbaycanın bədii gimnastika tarixində ilk dəfə olaraq ölkəmizi Olimpiya Oyunlarında (Pekin-2008) təmsil etmiş və çoxnövçülük finalında 7-ci yerdə qərarlaşmış qrup hərəkətləri komandasının üzvü olmuşdur.
İdmançı kimi göstərdikləri nailiyyətlərinə görə "Fəxri idman ustası" adına layiq görülmüş hazırki məşqçilərimiz artıq yetirmələrinə sərf etdikləri əməyin bəhrəsini görməkdədirlər. Belə ki, Anastasiya Prasolovanın yetirməsi Bakı 2015 Avropa Oyunlarında gümüş və 2015-ci ilin Avropa Çempionatında bürünc medal əldə edib. 2020-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilmiş Avropa Çempionatında gümüş və bürünc mükafata layiq görülmüş qrup hərəkətləri komandasının məşqçilərindən biri Siyana Vasileva olmuşdur. Aliyə Paşayeva Bakı Gimnastika məktəbində, Səbinə Hacıyeva isə Milli Gimnastika Arenasında yığma komandaya hazırlıq qrupunda olan gənc gimnastların yetişdirilməsində xidmət edirlər.
Keçmiş gimnastlarımızı bu fəxri ada layiq görülmələri münasibətilə təbrik edir, bədii gimnastikanın inkişafı istiqamətində göstərdikləri məşqçilik fəaliyyətində onlara uğurlar arzu edirik!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib





