İdman

Superliqa klubunda yeni baş məşqçi

15 Dekabr 2020 16:43
Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dənizlispor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Superliqa təmsilçisini Yalçın Koşukavakın çalışdıracağı bildirilib.

Tərəflər arasında yaxın vaxtlarda rəsmi müqavilə imzalanacağı gözlənilir.

"Dənizlispor" mövsümə millimizin sabiq baş məşqçisi Robert Prosineçki ilə başlasa da, noyabrda xorvatiyalı mütəxəssisi istefaya göndərərək, bu vəzifəyə Kenan Atiki gətirmişdi. Rəhbərlik Atikin fəaliyyətindən də narazı qaldığı üçün onunla yolları ayırıb.

Qeyd edək ki, "Dənizlispor" çempionatın turnir cədvəlində 6 xalla 20-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.