İdman

Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb - Ronaldulu Portuqaliyaya qarşı başlayırıq

9 Dekabr 2020 12:19
Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsində "A" qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.

Milli.Az AFFA-ya istinadla xəbər verir ki, millimiz ilk oyununu səfərdə martın 24-də Portuqaliya yığmasına qarşı keçirəcək. Üç gün sonra futbolçularımız Qətər komandasının qonağı olacaqlar. Martın 30-da Azərbaycan - Serbiya, sentyabrın 1-də Lüksemburq - Azərbaycan, üç gün sonra İrlandiya - Azərbaycan, ayın 7-də Azərbaycan - Portuqaliya matçları təşkil olunacaq. Millimiz oktyabrın 9-da İrlandiya seçməsini qəbul edəcək. Üç gün sonra Serbiya millisinin qonağı olacaq baş məşqçi Canni De Byazinin yetirmələri noyabrın 11-də Lüksemburq, 14-də isə Qətər ilə yerli azarkeşlər qarşısında mübarizə aparacaqlar.

Qeyd edək ki, UEFA son Asiya çempionu Qətər millisini 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.