İdman

"Qətər-2022": Azərbaycan millisinin yer aldığı "A" qrupunda komanda sayı artır

9 Dekabr 2020 10:51
Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı "A" qrupunda komanda sayı artırılıb.

Milli.Az AFFA-ya istinadla xəbər verir ki, UEFA son Asiya çempionu və mundialın ev sahibi olan Qətər yığmasını hazırlıq məqsədilə bu qrupa dəvət edib. Bu komanda "A" qrupunda yer alan bütün millilərlə təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq.

Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.Bu yığmanın iştirakı ilə baş tutacaq ev qarşılaşmalarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, "A" qrupunda Azərbaycan və Qətərlə yanaşı, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq yığmaları da yer alıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.