İdman

Maradonanın ölümünə görə “Boka Xuniors”un oyunları təxirə salınıb

26 Noyabr 2020 08:43
Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Libertadores kubokunun "Boka Xuniors" (Argentina) və "İnternasional" (Braziliya) oyunları təxirə salınıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna futbol əfsanəsi Dieqo Maradonanın ölümü səbəb olub.

Bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) verib. 1/8 final mərhələsinin noyabrın 26-da baş tutmalı olan ilk, dekabrın 3-də keçirilməsi planlaşdırılan cavab matçı bir həftə sonraya keçirilib. Komandalar ilk görüşünə dekabrın 3-də, cavab qarşılaşmasını 10-da çıxacaq.

Qeyd edək ki, bu gün 60 yaşında dünyasını dəyişən Maradonanın futbolçu karyerasında son klub "Boka Xuniors" olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.