İdman

"Trabzonspor"da yeni baş məşqçi

2 Noyabr 2020 01:30
Baxış: 1 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Eddi Nyutonla yollarını ayıran Super Liqa klubu Tamer Tuna ilə anlaşıb. Klubun tezliklə bu barədə rəsmi açıqlama yayacağı deyilir.

Qeyd edək ki, Super Liqanın 7 turunda 1 qələbə qazanıb, 2 heç-heçə edən və 4 dəfə məğlub olan "Trabzonspor" 5 xalla 19-cu pillədə qərarlaşıb.

44 yaşlı Tamer Tuna məşqçi karyerası ərzində "Çanakkale Dardanelspor", "Göztepe", "Sivasspor" və "Antalyaspor" klublarını çalışdırıb. O, 1999-2001-ci illərdə futbolçu kimi "Trabzonspor"un formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.