İdman

Ulduz tennisçi topu hakimə vurduğu üçün turnirdən kənarlaşdırıldı - VİDEO

7 Sentyabr 2020 12:40
Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın bir nömrəli tennisçisi, serbiyalı Novak Cokoviç matç zamanı topu yan hakimə vurduğu üçün "US Open" turnirindən kənarlaşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, birinci setin sonlarında serbiyalı ulduz oyunu alnmadığı üçün əlindəki topu kənara vurub. Nəticədə top hakimin boğazına dəyib.

N.Cokoviç bu addımı qəsdən etmədiyini desə də, turnirin təşkilatçıları idmançını diskvalifikasiya etmək qərarına gəlib.

Onun turnirdə qazandığı reytinq xalları silinib, rəqibi Pablo Karrenyo-Busta dörddəbir finala yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.