İdman

"Real"ın üzvü koronavirusa yoluxub

29 İyul 2020 20:33
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya çempionu olandan sonra əsas diqqəti çempionlar liqasına yönəldən "Real Madrid" "Mançester Siti" ilə cavab qarşılamasının hazırlığına başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məşqlərdən əvvəl klubun bütün üzvləri testdən keçiblər. Nəticədə komandanın hücümçusu Mariano Diasda koronaviurusun olduğu aşkarlanıb. Dominikanlı futbolçu ev şəraitində karantinə alınıb və məşqlərdən uzaqlaşdırılıb. Onun çempionlar liqasının görüşündə iştirak etməyəcəyi dəqiqdir.

UEFA artıq məsələyə rəsmi münasibət də bildirib. Qitənin ali futbol qurumu daim kral klubu ilə əlaqədə olduğunu və vəziyyəti nəzarətində saxladığını açıqlayıb. UEFA bu yoluxma halının görüşün keçiriləmnəsinə təsir etməyəciyini bildirib.

Qeyd edək ki, "Mançester Siti" - "Real Madrid" görüşü avqustun 7-ə təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.