İdman

"Mançester Siti" PL-da ilkə imza atdı

28 İyul 2020 15:19
Baxış: 1 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti" İngiltərə Premyer Liqasının sonuncu - 38-ci turunda Norwich-i 5:0 hesabı ilə məğlub edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bununla da, "şəhərlilər" cari mövsümdə çempionatda vurduğu qolların sayını 102-yə çatdırıb. Komanda bu göstərici ilə yeni rekord müəyyənləşdirib.

Belə ki, "Mançester Siti" Premyer Liqa tarixində üçüncü dəfə bir mövsümdə 100 qol həddini keçən ilk komanda olub. Komanda daha əvvəl 2017/18-ci il mövsümündə çempionatı 106, 2013/14-cü il mövsümündə isə 102 qolla bitirmişdi.

Xatırladaq ki, "Mançester Siti" son mövsümdə Premyer Liqanı 2-ci pillədə bitirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.