İdman

Şahmatçımız beynəlxalq festivalın növbəti turunda da məğlub olub

25 İyul 2020 08:23
Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festival davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 24-də Azərbaycan təmsilçisi Arkadi Naydiçin də mübarizə apardığı klassik şahmat üzrə turnirin dördüncü turunun oyunları keçirilib. A.Naydiç növbəti turda polşalı Radoslav Voytaşekə məğlub olub.

Hazırda təmsilçimiz ümumi nəticədə 10,5 xalla beşinci sırada qərarlaşıb. Onun rəqibi olan polşalı şahmatçı isə 20,5 xalla liderdir.

Klassik şahmat yarışı iyulun 29-dək davam edəcək. Blits turniri isə iyulun 25-də təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.