İdman

"Bavariya" 20-ci dəfə Almaniya kubokunu qazandı

5 İyul 2020 08:17
Baxış: 1 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Münhenin "Bavariya" futbol klubu Almaniya kubokunun finalında Leverkuzenin "Bayer" komandasını məğlub edib. Görüş 4:2 hesabı ilə başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qarşılaşma Berlində Olimpiya Stadionunda koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirilib.

Qalib komandadan David Alaba (16-cı dəqiqə), Serc Qnabri (24) və Robert Levandovski (59, 89) qolları vurublar. Leverkuzen klubundan Sven Bender (63) və Kay Haverts (90, penalti nöqtəsindən) vurublar.

"Bavariya" 20-ci dəfə ölkə kubokunun sahibi oldu, 4 dəfə klub finalda məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.