İdman

"Qalatasaray" "Sevilya"nın qapıçısını istəyir

25 İyun 2020 18:26
Baxış: 1 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sevilya"nın qapıçısı Serxio Riko Türkiyəyə köçə bilər.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, 27 yaşlı qolkiper "Qalatasaray"ın diqqət mərkəzinə düşüb.

Fernando Musleranın uzunmüddətli sıradan çıxması səbəbindən qapıçı axtarışına çıxan Super Liqa təmsilçisi ispaniyalının çərçivəni layiqincə qoruyacağını düşünür. Ötən mövsümü icarə əsasında PSJ-də keçirən Rikonun transferi ilə bağlı klublar arasında danışıqlara start verilib.

Qeyd edək ki, "Sevilya"nın yetirməsi olan Serxio Riko 2018/19 mövsümündə icarə əsasında "Fulhem"də çıxış edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.